ARB 24 beynəlxalq əlaqələrini genişləndirir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24
telekanalı ilə Birləşmiş Ərəb Əmirliklərinin Viory beynəlxalq
informasiya agentliyi arasında əməkdaşlıq memorandumu
imzalanıb.

Trend xəbər verir ki, sənədə
Viory-nin baş meneceri Zulayho Siddikova və telekanalın direktoru
Radik İsmayılov imza atıblar.




Memoranduma əsasən, tərəflər arasında əməkdaşlıq qurulacaq və
informasiya mübadiləsi həyata keçiriləcək. Viory-nin baş ofisi
Abu-Dabidə yerləşir. Dünyanın əksər regionlarında nümayəndəlikləri
var. Agentlik Qlobal Cənubun səsinin dünyaya çatdırılmasını özünün
əsas missiyası elan edib.

Memoranduma əsasən, tərəflər bir-birlərini informasiya ilə təmin
edəcəklər. Gələcəkdə birgə kontentin yaradılması da nəzərdə
tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir