
Bratislava. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya
Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də
Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.
Trend xəbər verir ki, əvvəlcə
Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin
önünə əklil qoydular.
Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş
Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə
həsr edilib.

