
Bakı. Trend:
“Renn”in müdafiəçisi Ceremi Jake karyerasını İngiltərə Premyer
Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Liverpul” fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə
insayder “Saşa Tavolyeri” məlumat yayıb.
İngiltərə klubu Jakeni mövsümün sonunda müqaviləsi başa çatan
İbrahima Konatenin əvəzləyicisi kimi düşünür. “Qırmızılar” 20 yaşlı
mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Ceremi Jake “Renn”in yetirməsidir. Fransa U-21
millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 15 rəsmi
matçda meydana çıxıb.

