Avropa ölkəsidə “donuz vəbası” yayıldı

Baş səhifə

İspaniyada donuzlar arasında yayılan xəstəlik minlərlə heyvanın ölümünə səbəb olub. Səhiyyə Nazirliyi Barselonada tədqiqatlara başlayıb.

Metbuat.az xəbər verir ki, bu günə kimi 13 vəhşi donuzun cəsədi üzərində araşdırma aparılıb. Götürülən analizlər nəticəsində onların “donuz vəbası” virusundan öldüyü təsdiqlənib. Aparilan tədqiqatlar zamanı virusun laboratoriyada hazırlandığına dair ciddi dəlillər əldə edilib.

Yerli medianın yazdığına görə, xəstəliyin qarşısı vaxtında alınmasa, donuzların kütləvi ölümü baş verə bilər.

Nazirlik xəstəliyin heyvandan insana keçmədiyini açıqlayıb.

Qeyd edək ki, İspaniya donuz ətindən ən çox istifadə edən Avropa ölkələrinin siyahısında ön yerlərdə qərarlaşıb. İspaniya həm də xaricə ən çox donuz əti satan ölkələrdən biridir. İspanların donuz əti ixracından illik qazancı 8,8 milyard dollardır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir