
Bakı. Trend:
Ukrayna 2026-cı ildə silah tədarükünü təmin etmək üçün PURL
(Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində 15
milyard dollara ehtiyac duyur.
Trend xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“PURL proqramı üçün 15 milyard dollar tələb olunur. Bu il 1,5
milyard dollar çatışmırdı, lakin Hollandiya bu gün 700 milyon
dollar ayırdı. Hazırda isə hələ 800 milyon dollar çatışır”, –
Zelenski vurğulayıb.
Qeyd olunur ki, PURL təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və
NATO-nun baş katibi Mark Rutte tərəfindən iyulun 14-də irəli
sürülüb. Bu mexanizm NATO müttəfiqlərinə Ukrayna üçün ABŞ
ehtiyatlarından silah əldə etməyə imkan yaradır.

