
Bakı. Trend:
ABŞ Prezident Donald Tramp 12 milyard dollarlıq kənd təsərrüfatı
yardımı paketini elan edib.
Trend xəbər verir ki,
yardımın 11 milyard dollarlıq hissəsi “Fermer Bridge” yardım
proqramı çərçivəsində birdəfəlik ödənişlər vasitəsilə fermerlərə
yönəldiləcək. Qalan hissəsi isə məhsulları yardım proqramına daxil
olmayan fermerlərə veriləcək.
Kənd təsərrüfatı katibi Bruk Rollins vəsaitin 28 fevrala qədər
təmin olunacağını bildirib.

