Dünyanın ən çox satılan avtomobili açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satış
rəqəmləri açıqlanıb. Elektrikli avtomobillərin sürətli yüksəlişi
davam etsə də, Tesla Model Y bu il dünya birincisi ola bilməyib.
Bir çox avtomobil həvəskarını təəccübləndirən lider model isə
Toyota RAV4 olub.

Trend xəbər verir ki, Toyota
RAV4, Toyota Corolla və Ford F-Series 2025-ci ilin ən çox satılan
ilk üç avtomobili kimi siyahının zirvəsində yer alıb. Tesla Model Y
isə ümumi sıralamada dördüncü olub.

2025-ci ilin ilk doqquz aylıq satış göstəricilərinə əsasən,
Toyota RAV4 dünya üzrə ən çox satılan avtomobil titulunu yenidən
qoruyub. Model, ötən illə müqayisədə 1,5% artım əldə edərək qlobal
bazarda 2,5%-lik payını saxlayıb.

Dünyada ən çox satılan 10 avtomobil (2025 – ilk 9
ay)

Toyota RAV4

Toyota Corolla

Ford F-Series (pickup)




Tesla Model Y

Honda CR-V

Chevrolet Silverado (pickup)

Toyota Camry

Hyundai Tucson

Toyota Hilux (pickup)

Kia Sportage

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir