Siyarto Moskvaya səfər edib

Baş səhifə

Bakı. Trend:

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfərə
gedib.

Trend xəbər verir ki, səfərdə
məqsəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın
iclasında iştirak etməkdir. Diplomatı Macarıstan iş adamlarından
ibarət nümayəndə heyətinin müşayiət edir.




Rusiya və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın iclasları hər il Moskva və Budapeşt
şəhərlərində növbə ilə keçirilir. Rusiya tərəfdən komissiyaya
səhiyyə naziri Mixail Muraşko rəhbərlik edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir