Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmi artıb (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmi 2024-cü
ilin yekunlarına görə 100 min tondan çox olub ki, bu da 2023-cü
illə müqayisədə 5 faiz çoxdur.

Bu barədə Trend
Özbəkistanın Nəqliyyat Nazirliyindən olan mənbə məlumat verib.

Mənbənin məlumatına görə, bu dinamika iki ölkə arasında ticarət
dövriyyəsindəki artımı və istehsalat kooperasiyasının
genişlənməsini əks etdirir.




“Bununla yanaşı, Özbəkistan yüklərinin Azərbaycan ərazisindən
keçən tranzit axını artıq milyon tonlarla ölçülür. 2024-cü ildə
Orta Dəhliz çərçivəsində Bakı limanı vasitəsilə Özbəkistandan 1
milyon tondan çox yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 26
faiz çoxdur”, – deyə nazirlikdə bildiriblər.

Qarşılıqlı tədarüklərin strukturundan danışarkən, qurum
ticarətin əsasını bir neçə iri məhsul qrupunun təşkil etdiyini
vurğulayıb. Özbəkistan Azərbaycana əsasən kənd təsərrüfatı
məhsulları, qida emalı məhsulları, kağız və kartondan hazırlanmış
qablaşdırma materialları, nəqliyyat vasitələri və ehtiyat
hissələri, həmçinin mineral gübrələr ixrac edir.

“Öz növbəsində, Azərbaycandan idxal əsasən metal və metal
məmulatları, ərzaq məhsulları (o cümlədən şəkər və onun emal
məhsulları, taxıl və un-düyü məhsulları, meyvə), eləcə də
Özbəkistanın müxtəlif sənaye sahələrində geniş istifadə olunan
polimer xammalı və plastik materiallarla təmsil olunur”, – deyə
nazirlikdən əlavə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir