
“Liverpul” “Qalatasaray”la adı hallanan Salahla bağlı qərar verib.
Metbuat.az xəbər verir ki, futbolçunun klubdan göndəriləcəyi iddia edilir. Məlumata görə, “Liverpul” Salahın yerinə PSJ-nin futbolçusu Bredli Barkolanı transfer etmək istəyir. Bredli Barkola bu mövsüm PSJ-nin15 liqa matçından 9-da start heyətdə yer alıb və bu matçlarda 5 dəfə fərqlənib.
Qeyd edək ki, Muhammed Salah ötən il sərgilədiyi uğurlu oyunlardan sonra “Liverpul”la yeni müqavilə imzalayıb. Bu mövsüm futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir. Futbolçu ehtiyatda qalmasına narazılığını ifadə edib. “Liverpul” futbolçunu heyətdən çıxarıb.
Salahın adı “Qalatasaray” və Səudiyyə Ərəbistanı klubları ilə hallanır. “Qalatasaray” Çempionlar Liqasında iştirak etdiyi üçün onun Türkiyə klubuna üstünlük verə biləcəyi irəli sürülüb.

