Gözoxşayan “Oriental Fashin Show” dəfiləsi “Bakı Yaradıcı Həftəsi -2025″ə rəng qatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”
çərçivəsində Baкı Konqres Mərkəzində “Oriental Fashion Show“
dəfiləsi keçirilib.

Trend xəbər
verir ki, moda nümayişində 10 dizayner– Gülnar Xəlilova
(Azərbaycan), Uventa (Azərbaycan), “Yoland Fashion House” (Oman),
Hani Elbehayri Kutur (Hany Elbehairy Couture/Misir), Nasim
Əl-Əndəluz ( Naseem Alandalos/Bəhreyn), Vəfa İdrisi (Wafa Idrissi)
və Meyson Fatim (Maison Fatim/Mərakeş), Maliq (Malique/
Qazaxıstan), “Gowher Gouvernet” (Türkmənistan), “Art by Sofia”
(Özbəkistan), Umed Kuçkaliyev (Umed Kuchkaliyev / Tacikistan)
iştirak edib. Onlar Şərqin zəngin mədəni irsindən və bədii
ənənələrindən ilhamlanaraq hazırlanmış geyim kolleksiyalarını
təqdim ediblər.




Hər bir dizayner özünəməxsus yaradıcılıq üslubunu podiumda
nümayiş etdirərək, əsrlik ənənələrin müasir incəsənət və moda
prizmasından yenidən yoğrulduğu kolleksiyaları sərgiləyib. Birlikdə
onlar Şərq yüksək modasının təkrarsız gözəlliyini və onun dünya
səhnəsində artan rolunu nümayiş etdirdilər. Bu axşam bir daha bizə
mədəni əməkdaşlığın gücünü və Şərq dünyasının dəyişməz zərifliyini
xatırlatdı.

Xatırladaq ki, 5–11 dekabr tarixlərində “Bakı Yaradıcı
Həftə”ində dövlət qurumlarının nümayəndələri, beynəlxalq
təşkilatlar və yaradıcılıq sənayelərinin liderləri də daxil olmaqla
50-dən çox ölkədən 5 000-dən artıq iştirakçını qəbul edir. Onların
hamısı bir məqsədlə – İƏT-ə üzv ölkələr arasında mədəni əməkdaşlığı
möhkəmləndirmək və ortaq irsi uca tutmaq üçün bir araya gəlib.
Azərbaycan beynəlxalq mədəniyyət arenasında artan rolunu və
regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin
inkişafına verdiyi töhfəni bir daha nümayiş etdirir. Festival
günlərində İƏT-ə üzv dövlətlərin mədəniyyət nazirlərinin yüksək
səviyyəli görüşü, müxtəlif forumlar və sərgilər, panel
müzakirələri, nümayişlər və kino, teatr, moda, dizayn, musiqi,
rəqs, oyun texnologiyaları, animasiya, rəqəmsal yaradıcılıq və
startaplara həsr olunmuş digər tədbirlər keçirilir ki, bütün bunlar
ölkəmizin kreativ sənayelər ekosisteminin qlobal miqyasda
irəliləməsinə xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir