Neft-qaz infrastrukturunun etibarlılığı aktivlərin necə idarəolunmasından asılıdır – Polad Rüstəmov

Baş səhifə

Bakı. Trend:

Tədarüklərin etibarlılığı və infrastrukturun istismar müddətinin
uzadılması, onun bütövlüyünün effektiv idarə olunmasından
asılıdır.

Trend xəbər verir
ki, bunu “SOCAR Midstream Gas Operations”ın (SOCAR MGO) icraçı
direktoru Polad Rüstəmov Bakıda keçirilən “Asset Integrity &
Corrosion and Coatings Conference ” (Aktivlərin bütövlüyü,
Korroziya və Qoruyucu örtüklər) beynəlxalq konfransında çıxışı zamanı deyib.

O vurğulayıb ki, həm şirkətin, həm də hökumətin strategiyası
həyata keçirilən layihələrin yüksək keyfiyyətini təmin etmək və
sabit, etibarlı tərəfdaş kimi işgüzar nüfuzunu qorumaqdan
ibarətdir.

“Etibarlılıq təkcə siyasi sabitlik, resursların mövcudluğu və
imzalanmış sazişlərlə məhdudlaşmır. Bizim baxışımıza görə, bu, ilk
növbədə enerji resurslarının yataqlardan son istehlakçıya
çatdırılmasına imkan verən infrastruktur deməkdir”, – P. Rüstəmov
qeyd edib.




Onun sözlərinə görə, belə etibarlılığın təmin edilməsində əsas
element infrastrukturun bütövlüyünün idarə edilməsidir.

Polad Rüstəmov bildirib ki, vaxtında xidmət və monitorinq
tələblərinə əməl edilməməsi baha başa gələn insidentlərə və ciddi
nəticələrə səbəb ola bilər.

“Əgər biz aktivlərimizə vaxtında qayğı göstərmiriksə və
infrastrukturun bütövlüyünün idarə olunması üzrə yaxşı düşünülmüş
proqramı düzgün tətbiq etmiriksə, nəticələrin aradan qaldırılması
daha baha başa gələ bilər. Bu gün belə insidentlərin qarşısının
alınmasının əhəmiyyətini təsdiqləyən texnologiyalar təqdim
olunacaq”, – deyə P. Rüstəmov deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir