Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda
qəbul edilib.

Trend-in
məlumatına görə, qanun layihəsi parlamentin dünənki və bugünkü
plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin
gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır
ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0
milyon
manat və yaxud 0,7 faiz, 2024-cü
ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat
və yaxud 3,9 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat
proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə
296,0 milyon manat və yaxud 0,7
faiz
, 2024-cü ilin icrası ilə müqayisədə isə
3990,0 milyon manat və yaxud 10,6
faiz
çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6
milyon
manat və ya ÜDM-in 2,3 faiz
səviyyəsində proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsinin
gəlirləri

2026-cı il dövlət büdcəsinin gəlirləri 38609,0
milyon
manat məbləğində nəzərdə tutulur ki, bu da ÜDM-in
28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz
göstəricisi ilə müqayisədə 253,0 milyon manat və
yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə
isə 1447,2 milyon manat və yaxud 3,9
faiz
çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət
büdcəsinin gəlirləri 7929,4 milyon manat və ya
25,8 faiz artıb.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan
transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri 25774,0
milyon
manat nəzərdə tutulur ki, bu da 2025- ci ilin
müvafiq göstəricisi ilə müqayisədə 1899,0 milyon
manat və ya 8,0 faiz, 2024-cü ilin icrası ilə
müqayisədə 1393,2 milyon manat və ya 5,7
faiz
çoxdur. Dövlət Neft Fondunun dövlət büdcəsinə
transfertinin məbləği 2025-ci ilin səviyyəsindən 1646,0
milyon
manat və ya 11,4 faiz az
proqnozlaşdırılır.




2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin
42,6 faizi və ya 16435,0 milyon
manatı neft-qaz sektorunun, 57,4 faizi və ya
22174,0 milyon manatı qeyri-neft-qaz sektorunun
payına düşür. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə
müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan
transfert daxil olmaqla) 1876,0 milyon manat və ya
10,2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri
isə 2129,0 milyon manat və ya 10,6
faiz
çox olacaq. 2024-cü ilin icrası ilə müqayisədə
neft-qaz sektorunun gəlirləri 1126,6 milyon manat
və ya 6,4 faiz az, qeyri-neft-qaz sektorunun
gəlirləri isə 2573,8 milyon manat və ya
13,1 faiz çox proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsinin
xərcləri

2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6
milyon
manat nəzərdə tutulur ki, bu da 2025-ci illə
müqayisədə 296,0 milyon manat və ya 0,7
faiz
, 2024-cü ilin icrası ilə müqayisədə isə
3990,0 milyon manat və ya 10,6
faiz
çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi
çəkisi 31,1 faiz təşkil edəcək. 2022-ci illə
müqayisədə 2026-cı ildə dövlət büdcəsinin xərcləri 9639,0
milyon
manat və ya 30,1 faiz artıb.

Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari
xərclər 60,3 faiz və ya 25161,2
milyon
manat (2025-ci illə müqayisədə 407,3
milyon
manat və ya 1,6 faiz, 2024-cü ilin
icrasına nisbətən 3817,2 milyon manat və ya
17,9 faiz çox), əsaslı xərclər 33,8
faiz
və ya 14084,8 milyon manat, dövlət
borcuna xidmətlə bağlı xərclər 5,9 faiz və ya
2457,6 milyon manat (2025-ci illə müqayisədə
58,0 milyon manat və ya 2,4 faiz,
2024-cü ilin icrasına nisbətən 1162,0 milyon manat
və ya 89,7 faiz çox) təşkil edəcək. 2026-cı ilin
dövlət büdcəsinin cari xərclərinin 88,1 faizi
qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq
ki, bu da 2025-ci illə müqayisədə 7,1 faiz-bənd
çoxdur.

2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə
10247,6 milyon manat (2025-ci illə müqayisədə
524,7 milyon manat və ya 5,4 faiz
çox) və ya xərclərin 24,6 faizi həcmində, malların
(işlərin və xidmətlərin) satın alınmasına 7038,5
milyon
manat (2025-ci illə müqayisədə 1529,1
milyon
manat və ya 27,8 faiz çox) və ya
xərclərin 16,9 faizi həcmində, faizlər üzrə
ödənişlərə 1380,6 milyon manat (2025-ci illə
müqayisədə 80,6 milyon manat və ya 6,2
faiz
çox) və ya xərclərin 3,3 faizi
həcmində, subsidiyaların ödənilməsinə 1071,4
milyon
manat və ya xərclərin 2,6 faizi
həcmində, qrantlar və digər ödənişlərə 3308,1
milyon
manat və ya xərclərin 7,9 faizi
həcmində, sosial ödənişlərə 3433,6 milyon manat
(2025-ci illə müqayisədə 68,9 milyon manat və ya
2,0 faiz çox) və ya xərclərin 8,2
faizi
həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə
62,1 milyon manat (2025-ci illə müqayisədə
11,1 milyon manat və ya 21,6 faiz
çox) və ya xərclərin 0,1 faizi həcmində,
qeyri-maliyyə aktivlərinin alınmasına 13901,8
milyon
manat və ya xərclərin 33,3 faizi
həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183,0
milyon
manat və ya xərclərin 0,4 faizi
həcmində, öhdəliklər üzrə əməliyyatlara 1077,0
milyon
manat və ya xərclərin 2,7 faizi
həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da
artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması
hesabına “Sair xərclər” maddəsi üzrə 2025-ci illə müqayisədə
2026-cı ilin dövlət büdcəsində 225,2 milyon manat
və ya 17,6 faiz az vəsait proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi və onun
maliyyələşdirilməsi

2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi
3094,6 milyon manat məbləğində nəzərdə tutulur.
Kəsirin ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla cari
ilin səviyyəsindədir.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili
və xarici borclanma və 2026- cı il 1 yanvar tarixinə dövlət
büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir