2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac
meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi
məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi
300 manat məbləğində təsdiq ediləcək.




Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi
285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin
15 manat, yəni təxminən 5,26 %
artırılması nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir