“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı cinayət işi məhkəmənin hazırlıq iclası davam etdirilib

Baş səhifə

Bakı. Trend:

“Baksol yolu” adlanan ərazidə yolun çökməsi nəticəsində
kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün
ölümü ilə bağlı açılan cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal
İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində
qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi keçirilib.

Trend xəbər
verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Azər
Cümşüdovun vəkili Anar Ramazanov məhkəməyə vəsatət verib.

Vəkil məhkəməyə müvəkkilinin ittiham olunduğu cinayət işi üzrə
təqsirli olmadığını bildirib:

“İş istintaq dövründə düzgün araşdırılmayıb. Təqdim edilən bəzi
sənədləə lazimi hüquqi qiymət verilməyib. Hadisə baş verməzdən
əvvəl çökmə olan yer aşkar edilib və bərk materiallarla çərçivəyə
salınaraq lentlənib.

Vəkil əlavə edib ki, oranın bərpası üçün təqsirləndirilən şəxsin
birbaşa səlahiyyəti olmayıb:

“İş materiallarına nəzər yetiriləndə görünür ki, ibtidai
istintaq zamanı 10-a yaxın məsələ araşdırılmayıb. Bu məsələlərində
araşdırılması məhkəmə predmetinə aid deyil. Cinayət Prosessual
Məcəlləsinin 303.1-ci maddəsinə əsasən bu məsələlər məhkəmə
istintaqı zamanı araşdırılması mümkün deyil”.

“Bunun üçün işə məhkəmə istintaqı zamanı araşdırılmasına xitam
verilməli, yenidən araşdırılması üçün ibtidai istintaqa
qaytarılması barədə məhkəmədən xahiş edirəm”,- vəkil əlavə
edib.

Təqsirləndirilən Azər Cümşüdov vəkili ilə razılaşıb.




Zərərçəkmiş tərəfin vəkili vəsatətə etiraz etməyib və qərarı
məhkəmənin mülahizəsinə buraxdığını bildirib.

Dövlət ittihamçısı vəsatətə etiraz edib və təmin edilməməsini
istəyib.

Məhkəmə vəsatətin təmin edilməməsi və cinayət işinin baxışa
verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti proseso 23 dekabrda davam etdiriləcək.

Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü
Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90
ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya
sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də
saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində
yerləşən kanalizasiya sularının təmizləmə anbarında
tapılıb.Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə
baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının
görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra
olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş
verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları
Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik
hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin
idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə
(ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi
başlanıb.

Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb
edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan
tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir