Nazirlər Kabinetinin Milli Məclisə hesabat verməsi ilə bağlı yeni QƏRAR

Baş səhifə

Bakı. Trend:

Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi
tarixdə dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Azərbaycan Respublikasının Milli Məclisinin
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin
həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya
Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanununun
layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər il
Milli Məclisinin yaz sessiyasının beşinci iclasında

Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Layihəyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək
Milli Məclisin yaz sessiyasında
Nazirlər Kabinetinin
fəaliyyəti haqqında hesabat verəcək.




Konstitusiya qanununun layihəsi müzakirələrdən sonra 2-ci
səsvermədə qəbul olunub. 1-ci səsəvermə Milli Məclisin 2025-ci il
yaz sessiyasında keçirilib.

“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin
təsdiq edilməsi haqqında” Qanunda da analoji dəyişiklik təklif
edilib.

Qanun layihəsi səsverməyə qoyularaq bir
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir