
Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının Rusiyanın Çeboksarı şəhərinə hücumu nəticəsində xəsarət alanların sayı artıb.
APA-nın xəbərinə görə, Çuvaşiya hökumətinin nümayəndələri xəsarət alanların sayının 14-ə çatdığını açıqlayıb.
***
11:04
Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının Rusiyanın Çeboksarı şəhərinə hücumu nəticəsində 9 nəfər yaralanıb, bir neçə yaşayış binası zədələnib.
APA TASS-a istinandən xəbər verir ki, bu barədə Çuvaşiya hökumətinin nümayəndələri məlumat yayıb.
Çuvaşiya Baş nazirinin müavini Vladimir Stepanovun sözlərinə görə, hücum zamanı bir uşaq xəsarət alıb, yaşayış binalarına ciddi ziyan dəyib.
Qeyd edilib ki, hücumun nəticələrinə görə, Çeboksarı şəhərinin bir sıra əsas magistral yollarında müvəqqəti hərəkət məhdudiyyətləri tətbiq olunub.

