Suriya düzgün istiqamətdə inkişaf edir – Rubio

Baş səhifə

Bakı. Trend:

ABŞ hesab edir ki, son bir il ərzində Suriyanın keçid hökuməti
ölkədə vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra vacib
addımlar atıb. Vaşinqton ərəb dövlətinə sabit dövlətçilik qurmaq
yolunda dəstək olmağa hazırdır və etnik-dini azlıqların
hüquqlarının təmin olunmasını təmin edən bu prosesdə yardım
edəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio
bildirib.




“Biz Suriyanın keçid mərhələsində rəhbərliyin və xalqın atdığı
əhəmiyyətli addımları, həmçinin beynəlxalq tərəfdaşların göstərdiyi
dəstəyi görürük. Biz suriyalı xalqın dözümlülüyünü yüksək
qiymətləndiririk və azlıqlarını da əhatə edən, qonşuları ilə sülh
içində yaşayan sülhsevər və firavan Suriyaya dəstəyimizi
təsdiqləyirik,” – deyə Rubio “X” sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl Ağ Evin ictimailəşdirdiyi ABŞ-nin yenilənmiş Milli
Təhlükəsizlik Strategiyasında Vaşinqtonun Suriyanın stabilliyinə
nail olmaq və onu “problem”dən Yaxın Şərqdə konstruktiv oyunçuya
çevirmək niyyəti vurğulanırdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir