Ukrayna Moskvaya çata bilən yeni Çexiya raketini sınaqdan keçirəcək

Baş səhifə

Çexiyanın LPP şirkəti “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynaya verilməsi planlaşdırılır.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Aktualne”yə istinadən məlumat yayıb.

Məlumata görə, sınaqların son mərhələsi Ukraynada olacaq, raket Rusiya ordusuna qarşı döyüş şəraitində yoxlanılması üçün təhvil veriləcək. İlk döyüş tətbiqinin 2026-cı ilin yanvar–fevral aylarında həyata keçirilməsi planlaşdırılır, mart ayında isə Çexiyada raketin kütləvi istehsala başlanılacaq.

“Defense Express” analitiklərinin qiymətləndirməsinə görə, “Narvhal” hədəfləri 680 km məsafədə vurmaq imkanına malikdir. Bu isə Moskvaya və ya strateji bombardmançı təyyarələrin yerləşdiyi Enqels aviabazasına çata bilmək üçün kifayətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir