Rusiya MN An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib – YENİLƏNİB

Baş səhifə

Rusiya Müdafiə Nazirliyi An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

APA-nın xəbərinə görə, Nazirlikdən bildirilib ki, An-22 təyyarəsi təmirdən sonra uçuş zamanı kimsəsiz ərazidə qəzaya uğrayıb.

Axtarış və xilasetmə qrupu hadisə yerinə yola düşüb.

İlkin ehtimala görə, təyyarədə olan 7 nəfərin hamısı ölüb.

***

13:22

Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu Ren TV-yə istinadən xəbər verir ki, təyyarədə yeddi heyət üzvü olub.

“112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan An-22 təyyarəsi Müdafiə Nazirliyinə məxsus olub.

Qəzanın İvanovonun Furmanovski rayonunda baş verdiyi, hazırda təcili yardım xidmətləri hadisə yerində işlədikləri bildirilib.

Hələlik ölən və yaralılar barədə məlumat yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir