
Bakı. Trend:
Kredit kartları müasir insanın gündəlik həyatının vacib bir
hissəsidir. Birbank Star isə təqdim etdiyi şərtlərlə istifadəçilərə
rahat maliyyə əlçatanlığı təqdim edir. Bu gün minlərlə müştəri
Birbank Star-ın təqdim etdiyi imkanlardan faydalanmaq şansına
sahibdir. Bəs onların Birbank Star-ı seçmək səbəbləri
hansılardır?
Maliyyə azadlığı
Birbank
Star-ın ən vacib üstünlüyü sahibinə əlavə ödəniş etmədən
xərcləmək imkanı yaratmasıdır. Belə ki, istifadəçilər xərclədikləri
məbləği ayın sonuncu gününədək balansa geri qaytardıqda əlavə heç
bir ödəniş etmirlər.
Komissiyasız ödənişlər
Birbank Star-la alış-verişdən tutmuş gündəlik xərclərə qədər
bütün ödənişlər komissiyasızdır. Bu isə müştərilərə rahat maliyyə
azadlığı qazandırır.
30 000 manatadək kredit xətti əldə etmə
fürsəti
Birbank Star 30 000 manatadək kredit limiti ilə hər bir
müştərinin ehtiyaclarına uyğun maliyyə imkanı təqdim edir. Ayrılan
limit şəxsin maliyyə davranışına əsasən müəyyən olunur. Bu kredit
xətti müştərilərə xəyallarını daha tez və rahat həyata keçirmək
imkanı verir.
Xərclədikcə qazanılan bonuslar
Birbank Star-la partnyor şəbəkələrdə edilən hər alış-veriş
minlərlə Bir ekosistem partnyorlarında bonuslar qazandırır.
Həmçinin, QR ödənişlərdə ikiqat ƏDV geri al imkanı da kart
istifadəçiləri üçün əlçatandır.
Asan sifariş imkanı
Birbank Star kartını Birbank mobil tətbiqindən və Birbank.az saytından, həmçinin Kapital
Bank/Birbank filiallarından sifariş etmək mümkündür.
Birbank Star kart sahibi olmaq üçün: www.b-b.az/prst
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən
Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital
Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə
daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.

