ENCOTEC Azərbaycanda obyektlərin istismarına dair yeni mühəndislik həllərinin təşviqinə can atır

Baş səhifə

Bakı. Trend:

ENCOTEC “TUV Rheinland” ilə tərəfdaşlıq çərçivəsində
Azərbaycanda obyektlərin istismarına dair yeni mühəndislik
həllərinin təşviqinə can atır.

Bunu Trend
ENCOTEC – TUV Rheinland Industrial Services UK-nın (TÜV Rheinland
şirkətinin, Almaniyanın beynəlxalq təşkilatının sənayedə texniki
nəzarət, yoxlamalar, sertifikatlaşdırma və məsləhət xidmətləri üzrə
ixtisaslaşmış bölməsi) baş icraçı direktoru Anar Əhmədov bu gün
Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings
Conference” beynəlxalq konfransı çərçivəsində deyib.

“Hazırda bazarın əksər əsas oyunçuları ilə, o cümlədən SOCAR,
SOCAR Downstream, SOCAR Upstream, SOCAR Midstream və həmçinin BP
ilə əməkdaşlıq edirik. Fəaliyyətimiz əsasən ənənəvi mühəndislik –
sənaye obyektlərinin tikintisi və modernləşdirilməsi üzərində
cəmlənib”, – deyə o qeyd edib.




Onun sözlərinə görə, konfransda müzakirə olunan mövzu bir qədər
fərqlidir:

“Burada obyektlərin istismar mərhələsində mühəndis
yanaşmalarının tətbiqindən söhbət gedir. Bu artıq yeni çağırışların
yaranması fonunda tikinti deyil, texniki istismar mərhələsidir:
yüksək səviyyədə təhlükəsizliyi təmin etməklə aktivləri minimal
xərclərlə işlək vəziyyətdə necə saxlamaq olar Azərbaycanda və bizim
üçün mühəndislər kimi bu nisbətən yeni praktik sahədir.

Buna görə də bu sahənin ixtisasçısı olan Almaniya şirkəti ilə
tərəfdaşlıq çərçivəsində bu yanaşmanı Azərbaycanda təşviq etməyə
çalışırıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir