TƏBİB Zərdabda yol qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü azyaşlıya
göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı
səylərinə baxmayaraq saat 13:50 adələrində azyaşlının bioloji ölüm
faktı qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, meyit təşrih olunması üçün Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə
təhvil verilib:

“Bu gün 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən
yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər
(2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi
yardım şöbəsinə hospitalizasiya olunub.




Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və
qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və
müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin
olunub və zəruri tibbi xidmətlər göstərilib.

2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi
kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili
tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin
müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hadisə
zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı
qeydə alınıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında Zərdabda ağır yol qəzası
baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir