
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər
çərçivəsində “Google” şirkətinin beynəlxalq hökumət əlaqələri üzrə
rəhbəri Reyçel Koulman ilə görüşüb.
Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.
Görüş zamanı “Google” ilə “bulud” innovasiya laboratoriyaları,
bacarıq proqramları da daxil olmaqla, innovasiya və startap
ekosisteminin qurulması istiqamətində əməkdaşlıq imkanları müzakirə
edilib.

