Tramp Ukraynanı prezident seçkiləri keçirməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

Ukraynanın prezident seçkiləri keçirməyinin vaxtıdır, ölkə
sakinlərinin belə bir seçimi olmalıdır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp yerli
KİV-lərə müsahibəsində deyib.

“Çox zaman keçib. Hər şey o qədər də yaxşı deyil. Məncə indi elə
əsl seçkilər zamanıdır. Onlar seçkilər keçirməmək üçün müharibədən
istifadə edirlər. Hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi
olmalıdır”,- deyə Ağ Ev rəhbəri bildirib.




Tramp seçkilərdə hazırkı ölkə başçısı Volodimir Zelenskinin
qələbə qazanacağı ehtimalını da istisna etməyib və ölkədə uzun
müddətdən bəri seçkilərin keçirilmədiyinə diqqət çəkib:

“Bilirsiniz, onlar demokratiyadan dəm vururlar, bu artıq heç
demokratiya deyil”, – deyə ABŞ prezidenti vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir