Vaşinqton kosmos təhsili və qabaqcıl texnologiyalar sahəsində ABŞ-Azərbaycan əməkdaşlığını dəstəkləyir – Səfirlik

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın tələbələr tərəfindən hazırlanmış ilk peyki olan
“Azərbaycanın Zəfəri”nin “SpaceX Falcon9” raketi ilə uğurla orbitə
buraxılması münasibətilə səmimi təbriklərimizi bildiririk.

Trend xəbər
verir ki, bu fikirlər ABŞ-nin Azərbaycandakı Səfirliyinin sosial
şəbəkə hesabındakı paylaşımında yer alıb.

Səfirlikdən bildirilib ki, “Azercosmos” nəzdində fəaliyyət
göstərən Kosmik Akademiyasının tələbələri tərəfindən hazırlanmış bu
“PocketQube” peyki onların yüksək texniki bacarıqlarının, innovativ
düşüncəsinin və işə olan sarsılmaz bağlılığının parlaq
göstəricisidir.

“Yenilikçiliyi və mükəmməlliyi ilə tanınan dünyanın aparıcı
kosmik proqramlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları
kosmos, STEM təhsili və qabaqcıl texnologiyalar sahəsində
ABŞ-Azərbaycan əməkdaşlığının daha da gücləndirilməsini qürurla
dəstəkləyir və bununla da yeni nəsil alim və mühəndislərin
yetişməsinə töhfə verir”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir