
Xəbər verdiyimiz kimi, futbol oynamağı sevən 9 yaşlı Nuraya AFFA əvvəlcə imtina vermişdi. Səbəb Azərbaycanda qız liqalarının 12 yaşdan başlaması və həmin yaşa qədər onun yaşadığı Sumqayıtda qız komandası olmaması idi. Futbol eksperti Kənan Məstəliyev isə Nuraya yaşıdı oğlanlarla eyni komandada oynamaq imkanı yaradılması üçün AFFA-ya müraciət etmişdi.
Metbuat.az-ın məlumatına görə, edilən müraciətlərdən sonra AFFA Nuranın məsələsinə istisna tətbiq edib.
K.Məstəliyev bildirib ki, AFFA 8–11 yaşlı oğlan komandalarına xüsusi qayda tətbiq edərək, heyətdə bir qız futbolçunun yer almasına icazə verib.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

