Nazirlik məktəb kitabxanaları üçün kitab seçimi ilə bağlı məsələyə aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən
dövlət ümumtəhsil məktəblərinin kitabxanalarının oxu ədəbiyyatları
ilə zənginləşdirilməsi məqsədilə, ölkədəki mövcud (yerli və xarici)
oxu nümunələri (klassik ədəbiyyat, publisist, bestseller və s.)
arasından seçim aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil
Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oxu nümunələrinin seçimi şagirdlərin yaş
səviyyəsinə uyğunluğu, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü,
dəyəryönümlülüyü meyarları əsasında mütəxəssislərin iştirakı ilə
həyata keçirilir.




“Seçilmiş oxu ədəbiyyatları onlar üzərində satış hüququ olan
şirkətlərdən satın alınması yolu ilə əldə olunur. Hər il
satınalınan oxu ədəbiyyatlarının hər birindən bir nüsxə olmaqla,
dövlət ümumi təhsil müəssisələrinə təqdim edilir”, – məlumatda qeyd
olunub.

Qeyd edək ki, məktəb kitabxanaları üçün kitabların seçilməsi və
ya alınması hansı prinsiplərlə həyata keçirildiyi uzun illərdir
ictimaiyyət arasında müzakirə mövzusu olaraq qalır. Bu prosesdə həm
təhsil ekspertlərinin rəyi, həm də şagirdlərin yaş xüsusiyyətləri
və ehtiyacları nəzərə alınmalıdır. Şəffaf meyarların tətbiqi isə
valideynlərdə və cəmiyyətdə etimadı artırır. Eyni zamanda, kitab
fondu yenilənərkən müasir tədris tələblərinə uyğun, həm də
milli-mənəvi dəyərləri əks etdirən nəşrlərin seçilməsi xüsusi
əhəmiyyət daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir