İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək QADAĞAN EDİLİR

Baş səhifə

Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan ediləcək.

Modern.az-ın məlumatına görə, məsələ Əmək və sosial siyasət komitəsinin sabahkı iclasında müzakirə ediləcək Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir