
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər
çərçivəsində “Ağ Ev”in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri
İtan Klayn ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, görüşdə süni intellekt və yeni texnologiyalar
sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı,
eləcə də enerji və kibertəhlükəsizlik istiqamətlərində birgə
fəaliyyət və təlim imkanları müzakirə edilib.
Həmçinin ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıx
tərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədə
fikir mübadiləsi aparılıb.
İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, bu
çərçivədə İKT və süni intellekt sahələrinin xüsusi yer almasının
vacibliyi vurğulanıb.

