Avtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülərin
peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat
sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə
paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir.

Trend xəbər verir ki, bu
barədə AYNA məlumat yayıb.

Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar
fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq
keçirlər.

Təlimdə “D”, “B” və ya “C” (“C1”) kateqoriyalı sürücülük
vəsiqəsinə malik, 60 yaşadək qadınlar iştirak edə bilərlər. Yalnız
“B” və ya “C” (“C1”) və yaxud “BC” kateqoriyasına malik olan xanım
sürücülərin ən azı 5 il sürücülük təcrübəsi olmalıdır.




Təlimi uğurla başa vuran “D” kateqoriyasına malik iştirakçılara
marşrut avtobuslarında işlə təmin olunmaqda dəstək
göstəriləcək.

Hazırda AYNA-nın Təlim-Tədris Mərkəzində 8 xanım avtobus
idarəetmə təlimində iştirak edir.

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar
üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər.Bu mərhələdə onların
həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə
qiymətləndirilir.

AYNA-nın bu təşəbbüsü qadınların iqtisadi fəallığını
dəstəkləyir, onların nəqliyyat sahəsində rolunu artırır. Bu, həm də
ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və
sərnişin məmnuniyyətinə böyük töhfə verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir