Sınaq müddətində özünü doğrultmayan işçilərin NƏZƏRİNƏ

Baş səhifə

Bakı. Trend:

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi
qaydasında dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.

Mövcud qanunvericiliyə görə, əmək müqaviləsində sınaq
müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı
özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə
xitam verilməsi şərti göstərilməlidir.




Qanun layihəsində sözügedən qaydanın qanunvericilikdən
çıxarılması təklif edilir.

Həmçinin, sınaq müddətində özünü doğrultmamış işçinin əmək
müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri
(sərəncamı, qərarı) ilə xitam verilə biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir