ABŞ-də doğulmuş miqrantlar vətəndaşlıqdan məhrum edilə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp doğum əsasında vətəndaşlıq alan
əcnəbilərin ABŞ vətəndaşlığından məhrum edilməsinə nail olmağa
çalışacağını istisna etməyib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Politico”
nəşrinə müsahibəsində bildirib.

“Sözün düzü, bu haqda heç düşünməmişəm, amma sizə belə deyim: bu
çox maraqlı bir məsələdir”, – o bildirib.




21 yanvar tarixində Tramp doğum yolu ilə vətəndaşlıq əldə etməni
məhdudlaşdıran fərman imzalayıb.

Onun sözlərinə görə, ABŞ dünyada bu cür qaydaların qüvvədə
olduğu yeganə ölkədir.

Qeyd edilir ki, frərman həmçinin, federal agentliklərə
vətəndaşlara adətən verilən sənədləri təqdim etməyi qadağan
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir