Bəzi doktorant və dərslik yazan işçilərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq

Baş səhifə

Bakı. Trend:

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarında
dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işəgötürənlə əmək münasibətlərində
olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə
almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini
tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs
vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə
bilər
.




Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan
işçilərə
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və
arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti
verilə bilər
.

Layihəyə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla
yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq
üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini
tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri
veriləcək.

Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan
işçilərə
işəgötürənlə razılaşdırılmaqla müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə
və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq
məzuniyyəti veriləcək
.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir