
Bakı. Trend:
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr
ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı
hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:
- əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində
əsas iş yeri üzrə ezamiyyə müddətində; - əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində
əlavə iş yeri üzrə ezamiyyə müddətində.

