
Bakı. Trend:
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan
şəxslərin siyahısında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya
peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat
qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin
işdə saxlanmasına üstünlük verilməyəcək.
Mövcud qanunvericiliyə görə, işəgötürən ixtisasları
(peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı
şəxslərin işdə saxlanmasına üstünlük verir:
- şəhid ailəsinin üzvlərinə;
- müharibə iştirakçılarına;
- əsgər və zabitlərin arvadına (ərinə);
- öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
- həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi
nəticəsində əlilliyi olan şəxslərə; - məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu
olan şəxslərə; - kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə
tutulan digər şəxslərə.

