İşçilərə bir neçə əlavə məzuniyyət növünü eyni vaxtda birləşdirmək imkanı verilir

Baş səhifə

Bakı. Trend:

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında
dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.




Mövcud qanunvericiliyə görə, işçinin eyni vaxtda Əmək
Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və
əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə
tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda
onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə
məzuniyyət birləşdirilir
.

Layihəyə əsasən, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək
şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə
əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavə
məzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrə
əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə
birləşdiriləcək
.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir