Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı
şəhərində “Galkynysh” Milli At Oyunları Qrupunun təqdimatını
izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak
edib.

Trend xəbər verir
ki, Türkmənistanın qədim atçılıq ənənələrini, milli mədəniyyətini
və folklorunu qoruyan “Galkynysh” Milli At Oyunları Qrupu çıxışı
zamanı qonaqlara zəngin mədəni irsi nümayiş etdirib.




Nümayişdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış
olub.

Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı
məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının
nömrələri ilə müşayiət olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir