
Bakı. Trend:
İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi
qaydalarında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, əmək münasibətlərinə xitam verilərkən
uşaqlı qadınlar və Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə
məzuniyyətlərə görə kompensasiya verilməyəcək.
Mövcud qanunvericiliyə görə, əmək münasibətlərinə xitam
verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və
əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və
yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə
kompensasiya verilmir.

