
Bakı. Trend:
Azərbaycan və Ermənistan arasındakı sülh prosesi dünyanın digər
bölgələri üçün nümunə ola bilər.
Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix
Merts Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə
mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Berlin hadisələrin gedişatını diqqətlə
izləyir.
“Birlikdə sülh prosesini irəli apara bilərik. Əminəm ki, bu
təcrübə dünyanın digər yerlərində də faydalı ola bilər. Bu
kontekstdə inanıram ki, Avropaya gedən yol açıqdır və əməkdaşlıq
bir çox sahələrdə genişlənə bilər”, – deyə kansler qeyd edib.
O əlavə edib ki, belə addımlardan biri artıq bu gün atılır və
gələcəkdə digərləri də atılacaq.

