Gəncədə 50 yaşlı kişi bıçaqlanıb

Baş səhifə

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1975-ci il təvəllüdü E. Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

O dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 50 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir