
Bakı. Trend:
Demokratlar Partiyasından olan senatorlar ABŞ Konqresinin yuxarı
palatasına üzərində ABŞ prezidentlərinin təsvirləri olan
əskinasların çapını və sikkələrin zərb edilməsini qadağan edən
qanun layihəsi təqdim ediblər.
Trend-in
məlumatına görə, qanun layihəsinin müəllifləri Ceff Merkli (Oreqon
ştatından Demokrat) və Ketrin Kortez Masto (Nevada ştatından
Demokrat) olub.
Təklif etdikləri qanun layihəsinin mətni cəmi bir səhifəyə sığır
və cəmi bir neçə sətir tutur. Qanun layihəsi “sağ və ya vəzifədə
olan prezidentə bənzəyən ABŞ valyutası”nın buraxılmasını qadağan
edir.
C.Merklinin bəyanatına görə, qanun layihəsi ABŞ prezidenti
Donald Trampın üzərində onun şəkli olan yeni bir dollarlıq sikkələr
seriyası buraxmasının qarşısını alacaq. Bu buraxılış ABŞ-ın 250
illiyi (4 iyul 2026-cı ildə qeyd olunur) üçün planlaşdırılırdı.

