Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov
adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu
arasında anlaşma memorandumu imzalanıb.

Trend xəbər verir
ki, memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan
uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə
vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.

Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini
qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə
layihələrin həyata keçirilməsinə yönəlib.

Sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə
səmərəli fəaliyyətinə imkan yaradacaq.




Görüş zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni
zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti
vurğulanıb.

Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin
təşkilatçılığı ilə reallaşan MAMA “Ana təbiət” beynəlxalq incəsənət
sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq
məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə
çatdırılıb.

Hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi
üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu
beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması
mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir