
ABŞ-ın Kentukki ştatının paytaxtı Frankfortdakı bir universitetdə baş verən atışmada bir nəfər ölüb, digəri isə yaralanıb.
APA xəbər verir ki, bu barədə qubernator Endi Bəşir məlumat verib.
Qubernator həmçinin silahlı şəxsin polis tərəfindən ələ keçirildiyini bildirib.
“Bir nəfər ölüb, digəri isə xəstəxanaya stabil, lakin ağır vəziyyətdə aparılıb”, o deyib.

