Avstraliyada uşaqlara və yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib

Baş səhifə

Bakı. Trend:

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını
qadağan edən qanun qüvvəyə minib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin internet tənzimləyicisi
(eSafety) xəbər verib.

Məlumata əsasən, ölkədə fəaliyyət göstərən sosial media
platformaları dekabrın 10-dan etibarən uşaq və yeniyetmələrin
hesablarını deaktiv etməlidirlər.




“Bu gündən [10 dekabr] etibarən sosial media məhdudiyyətləri
qüvvədədir. Sosial media hesabına sahib olmaq üçün istifadəçilər 16
yaş və ya daha yuxarı olmalıdırlar və bu da inkişaflarının kritik
mərhələsində olan gənc avstraliyalılar üçün onlayn təhlükəsizliyi
təmin edəcək”, – deyə qeyd olunub.

“eSafety” qadağaların Facebook, Instagram, Kick, Reddit,
Snapchat, Threads, TikTok, Twitch, X və YouTube-a şamil edildiyini
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir