Qadınlar üçün natamam iş vaxtında maaşın ödənilməsi qaydası dəyişir

Baş səhifə

Bakı. Trend:

Qadınlar üçün
natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı
əmək haqqının saxlanılması qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional
məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında
müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, hamilə, 14 yaşına çatmamış uşağı,
yaxud əlilliyi olan uşağı olan, habelə tibbi rəy əsasında xəstə
ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara
işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş
günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının
gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə
müəyyən edilir.




Layihəyə əsasən, onlara natamam iş günü və ya natamam iş
həftəsində işlənmiş vaxta mütənasib əmək haqqının ödənilməsi
müddəası aradan qaldırılır.

Mövcud qanunvericiliyə görə, Hamilə və 3 yaşınadək uşağı olan
qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində
dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim
məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı
saxlanılır
. Belə müayinələrin keçirilməsi üçün işəgötürən
hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir