
Bakı. Trend:
Qanunvericilikdıki minimum əmək haqqı anlayışı
təkmilləşdirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, minimum əmək haqqı qanunvericiliklə
ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı
səviyyəsini müəyyən edən sosial normativdir.
Layihəyə əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın
tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin
alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial
demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq
səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla
işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə
və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən
edən sosial normativ hesab ediləcək.

