Azərbaycanda sərxoşluq səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı azalıb

Baş səhifə

Bakı. Trend:

Sükan arxasında sərxoşluq ağır yol-nəqliyyat hadisələrinin əsas
səbəblərindən biridir.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında
qeyd edilib.

Bildirilib ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə
edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsas
amillərdən biridir:




“Statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnən
yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu
təhlükənin hələ də aktual olduğunu göstərir. Görülən
nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş
verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt
azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri
zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması bu
təhlükənin tam aradan qalxmadığını göstərir.

Sərxoş vəziyyətdə sükan arxasına əyləşmənin doğurduğu nəticələr
təkcə sürücünün deyil, eyni zamanda digər yol hərəkəti
iştirakçılarının və onların ailələrinin həyatına ağır təsir
göstərir. Hər belə fakt bir neçə insanın taleyində silinməz iz
buraxır. Bu səbəbdən, inzibati tədbirlərlə yanaşı, hər bir
vətəndaşın şəxsi məsuliyyət hissi ilə hərəkət etməsi böyük
əhəmiyyət daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət
edərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geri
dönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verən
hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər insanların
həyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağa
çağırır”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir