
Bakı.Trend:
Bakıda Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye
Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III
Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir.
Trend xəbər
verir ki, tədbirdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev,
KOBİA-nın sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “SOCAR Downstream
Management”in baş direktoru Emil Alxaslı, Azərbaycan Sənaye
Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan
Xəlilzadə çıxış edəcək.
Tədbirdə Üçtərəfli memorandum imzalanacaq.
Daha sonra III Sənaye Təhlükəsizliyi Zirvəsi panel sessiyaları
ilə davam edəcək.
Xəbər yenilənəcək

