
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət
Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler
ilə görüşüb.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq
perspektivləri müzakirə edilib, Azərbaycanda investisiya üçün
əlverişli mühit olduğu vurğulanıb.
Həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də “TRIPP” layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı
fikir mübadiləsi aparılıb.
Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində
əməkdaşlıq imkanları müzakirə edilib.
Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana
ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək
göstərməyə hazır olduğunu bildirib.

